Çərşənbə , 11 Mart 2026
Drone Cameras

KTMT Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır və onun tezliklə imzalanmasına ümid edir.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın katibliyi bəyanat yayıb.

“KTMT Katibliyi Ermənistan Respublikası və Azərbaycan Respublikasının danışıqların başa çatması və iki ölkə arasında sülh haqqında dövlətlərarası sənədin mətninin razılaşdırılması barədə bəyanatlarını alqışlayır.

Sənədin tezliklə imzalanacağına və onun həyata keçirilməsinin KTMT-nin ən vacib məsuliyyət zonalarından biri olan Cənubi Qafqazda sülh və sabitliyə etibarlı yol açacağına ümid edirik”, – məlumatda qeyd olunub.

Check Also

Gürcüstanda Azərbaycan və Ermənistanı birləşdirəcək yol layihəsi üzrə tenderlər ləğv edilib

Gürcüstan Yol İdarəsi Rustavi–Tsiteli körpüsü və Alqeti–Sadaxlı avtomobil yollarının tikintisi ilə bağlı elan edilmiş beynəlxalq …