Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

KTMT: Qərb Cənubi Qafqazda təsirini artırmağa çalışır

Mərkəzi Asiya regionunda və Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır.

Boyukmillet.com xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov brifinqdə deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda vəziyyət Qərbin burada öz təsirini artırmaq istəyi və nizamlanmamış ərazi problemlərinə görə mürəkkəbdir: “Mərkəzi Asiya regionunda beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz yayılması ilə bağlı risklər və çağırışlar yüksək səviyyədə qalır. Bu da təşkilata üzv dövlətlərdə sabitliyin olmasına əsas təhlükə yaradır”.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …