Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə saxlanılıblar

Kürdəmirdə Gəncə sakinləri külli miqdarda heroinlə iş başında yaxalanıblar.

Boyukmillet.comReport”un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyatı nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Yusubov Nicat Elgiz oğlu saxlanlıb.

Nicat Yusubov saxlanılan zaman onun üzərində 1 kq 20 qram narkotik vasitə olan heroin və 365 qram narkotik vasitə olan qurudulmuş mariuxana aşkar edilib.

Bundan başqa, Mürsəlov Tural Laçın oğlundan isə 0,850 qram psixotrop maddə olan metamfetamin götürülüb.

Faktla bağlı cinayət işi açılıb və istintaq davam edir.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …