Bazar ertəsi , 8 İyul 2024
Drone Cameras

Kürdəmirdə ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb

Kürdəmir rayonunda ikimərtəbəli fərdi yaşayış evi yanıb.

Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Həmzə Məhərrəmli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 61 yaşlı İsmayılov İlham Əbülfəz oğluna məxsus, ümumi sahəsi 260 m² sahəsi olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə yanğına səbəb elektik cərəyanında yaranan qısaqapanmadır. Faktla bağlı araşdırma aprılır.

Check Also

Nizami rayonunda avtomobillər toqquşub, 23 yaşlı qız xəsarət alıb

Bakının Nizami rayonunda 23 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, …