Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Kütləvi məzarlıq… İnsanlıq əleyhinə növbəti erməni cinayəti… – QHT sədri yazır 

Kütləvi məzarlıq… İnsanların etnik mənsubiyyətinə görə işgəncələrlə öldürülməsi… 
Bir əcnəbiyə bu fikirləri çatdırsaq, yəqin ki, həmin hadisələrin keçən əsrdə – I və ya II dünya müharibələri dövründə baş verdiyini düşünər. 
Amma bu əsla elə deyil. Hərbi cinayətlər, inşaların azərbaycanlı olduğuna görə öldürülməsi, xüsusən də işgəncə verməklə öldürülməsi son 30 ildə ermənilərin törətdiyi  inşalıq əleyhinə silsilə cinayətlərin xronologiyasını təşkil edir. 
 

Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasına növbəti ünvan əlavə olundu. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq. İnsanlıq əleyhinə törədilmiş dəhşətli növbəti müharibə cinayəti.
İcraçılar yenə erməni  faşistləri, qurbanlar isə yenə də azərbaycanlılar.
 

Arayış: 
“Kütləvi məzarlıq, dəfn edilməzdən əvvəl müəyyən edilə bilən və ya olmayan bir çox insan cəsədini ehtiva edən qəbirdir. Birləşmiş Millətlər Təşkilatı cinayət üçün istifadə edilən kütləvi məzarları üç və ya daha çox qurbanın dəfn olunduğu yer kimi müəyyən etmişdir.
Kütləvi məzarlıqlar çox vaxt bir çox insanı öldürüldükdən sonra yaradılır və təmizlik üçün cəsədləri tez basdırmaq istəyi var. 
Kütləvi məzarlıqlar əsasən müharibə və cinayət kimi böyük münaqişələr zamanı istifadə olunur.”

 

İlkin ehtimallara görə bu məzarlığın günahsız sakinləri Şuşa türməsində qanunsuz saxlanılan azərbaycanlılardır. Həmin türmədə azərbaycanlılara verilən ağır işgəncələr, törədilmiş amansız zorakılıq, ölüm hadisələri ilə bağlı yüzlərlə faktlar var.
 

Ekspertlərin apardığı təhlillərə görə, işğal dövründə Şuşa həbsxanasında 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Azərbaycan Respublikasının səyi nəticəsində azad edilmiş, digərlərinin taleyi bu günə qədər məlum deyil. Böyük ehtimal  aşkar olunan yeni meyit qalıqları həmin şəxslərə aiddir. 
Acınacaqlı hal ondan ibarədir ki, bu günə qədər əsir və girov düşmüş 4 minə yaxın azərbaycanlının taleyi məlum  deyil. Bu naməlumluq, eyni zamanda yeni məzarlıqların tapılması ehtimalını xeyli yüksəldir.   
 

Ermənilər bu məzarlıqları salanda həm də güman edirdilər ki, Qarabağ və ətraf rayonlar onların işğalında olduğu üçün həmin cinayətlərin də üstü açılmayacaq.
Azərbaycan  44 günlük Vətən Müharibəsi ilə öz əzəli torpaqlarını erməni işğalçılarından təmizlədikdən sonra həmin ərazilərdə işğal dövründə baş verən bütün dağıntıları, ermənilərin törətdiyi cinayətləri aşkarlayaraq, beynəlxalq təşkilatların diqqətinə çatdırır, müvafiq hesabatlar hazırlayır.  Dövlət tərəfindən ardıcıl olaraq bu cinayətlərin beynəlxalq müstəviyə çıxarılması üçün işlər aparılır. 
 

Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” 
ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …