Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradıldı

Naxçıvan Müəllimlər İnstutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət müvafiq qərar verib. Hazırda Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.

Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq:

“Burada tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğundur. Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar”.

Check Also

Müəllimlərin vakant yerlərə seçilməsi topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial …