Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

Laçın, Cəbrayıl və Zəngilanda ağacəkmə aksiyaları keçirilib

İşğaldan azad edilmiş Laçın, Cəbrayıl və Zəngilan rayonlarında “Gələcəyə nəfəs!” şüarı altında hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə ağacəkmə aksiyaları təşkil edilib.

Boyukmillet.com xəbər verir ki, aksiya zamanı ETSN-in əməkdaşları tərəfindən Laçın şəhərində 1111 ağac, Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin layihə ərazisində 1111, eləcə də Zəngilan rayonunda 1111 Eldar şamı, Xan çinarı, həmişəyaşıl sərv tingləri əkilib. Əkilən tinglər Meşə Təsərrüfatı mərkəzlərinin və “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin tinglik sahələrində yetişdirilib.

Zəngilan rayonunda keçirilən ağacəkmə aksiyasında Ağalı kəndinin sakinləri də iştirak ediblər.

Check Also

Bakıda intensiv yağış yağacaq, şimşək çaxacaq, dağlıq ərazilərə qar yağacaq

Aprelin 14-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gecəyə doğru bəzi yerlərdə arabir …