Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Laçın sakinində tapança aşkarlanıb

Laçın rayon sakinində tapança aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinə (RPŞ) daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb.

Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman “Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də istintaq tədbirləri davam etdirilir.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …