Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Laçında 842 kq çətənə bitkisi məhv edilib

Laçında 842 kq çətənə bitkisi məhv edilib.

Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən ümumilikdə, çəkisi 842 kiloqram olan 2019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …