Bazar , 22 Noyabr 2026
Drone Cameras

Latviya hərbçilərini Ukraynaya göndərib

Latviya öz hərbçilərini köməkçi funksiyaları yerinə yetirmək üçün Ukrayna ərazisinə göndərib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Delfi” xəbər portalı Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, latviyalı hərbçilər Ukraynaya müəyyən yardımçı funksiyaları yerinə yetirmək, o cümlədən Latviya səfirliyinin və yüklərin mühafizəsi üçün göndərilib.

Vurğulanıb ki, hərbçilər döyüş əməliyyatlarında iştirak etməyəcək.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …