İtaliyanın LUİSS Universiteti ADA Universiteti ilə təcrübə mübadiləsi aparmaq niyyətindədir.
Boyukmillet.com xəbər verir ki, bu barədə İtaliya universitetinin xarici əlaqələr üzrə prorektoru Rafaello Marketti bildirib.
Onun sözlərinə görə, bu, yalnız neft sektoruna deyil, həm də ümumilikdə insan kapitalı, təhsil və təlimə aiddir: “İtaliya-Azərbaycan Universitetinin İtaliya universitetləri ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi ilk magistr proqramlarının ilk layihəsinin bir hissəsi olmaqdan çox məmnunuq. Bu layihə Azərbaycanda insan kapitalını gücləndirməyə xidmət edəcək, eyni zamanda Azərbaycan və İtaliya arasında əlaqələri gücləndirəcək”.
R.Markettinin sözlərinə görə, bu layihə yekun nəticədə Azərbaycan iqtisadiyyatını gücləndirməyə kömək edəcək: “ADA ilə birlikdə LUİSS Universitetində qlobal idarəetmə və siyasət ilə əlaqəli yeni bir magistr proqramı yaradırıq. Bu layihə həmçinin dövlət və özəl sektorların inkişafına töhfə verəcək. Müvafiq nazirlik və agentliklər artıq layihəyə dəstəyini bildirdilər”.
O əlavə edib ki, bu təşəbbüs onsuz da ən yüksək səviyyədə olan iki ölkə arasındakı əlaqələri və dostluğu daha da gücləndirəcək.