Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Lukaşenko: “Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr, o cümlədən Ermənistanla Azərbaycan arasında münaqişə başa çatmalıdır”.

Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla görüşdə deyib.

Məlumata görə, A.Lukaşenko deyib ki, münaqşiələrin dərinləşməsi qəbul edilməzdir və bu məsələ KTMT-nin növbəti sessiyasında ciddi müzakirə olunmalıdır: “Allah etməsin, biz Tacikistan-Qırğızıstan sərhədindəki münaqişəni qızışdıraq. Bu da yolverilməzdir. Bunları bitirmək lazımdır. KTMT çərçivəsində münaqişələri başa çatırdıra bilməmək iş deyil”.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …