Cümə axşamı , 19 İyun 2025
Drone Cameras

Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb

“Gənc Qazilər” İctimai Birliyinin sədrinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb

Bu gün, mayın 14-də Xətai rayon Məhkəməsində həbsdə olan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Hacı Vəliyevin vəsatəti təmin olunmayıb, o,  həbsdə saxlanılıb.

Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirirdi.

O, 2025-ci il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

Martın 31-də polis əməkdaşları onu saxlayıb.

Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Məlumata görə, mayın 12-də Hacı Vəliyev 1 Saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Check Also

Lənkəranın icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə hökm oxunub

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət …