Cümə , 22 May 2026
Drone Cameras

“Məhbus sıxlığı ilə bağlı vəziyyət narahatlıq doğurur” -Fikrət Cəfərli

Avropa Şurasının 2025-ci il Həbsxana Əhalisinə dair İllik Cəza Statistikası (SPACE I) açıqlanıb.

Sənəddə deyilir ki, ümumilikdə, Avropada hər 100 yerə düşən məhbusların sayı ölkələr arasında əhəmiyyətli fərqlərlə 31 yanvar 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədək 94,7-dən 95,2-yə yüksəlib.

O cümlədən sənəddə o da qeyd olunub ki, 
Avropa Şurasına üzv ölkələrdə məhbus sıxlığına görə Azərbaycan da ön sıralarda yer alır.

Gununsesi.info-ya danışan İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli belə münasibət bildirib:

“Bu, çox təəssüfləndirici haldır. Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq qurumların, eləcə də insan hüquqlarına dair təşkilatların açıqlamalarında Azərbaycanınməhbus sıxlığına görə Avropa ölkələri arasında ön sıralarda olduğu qeyd edilir.

Biz bununla bağlı dəfələrlə açıqlamalar vermişik. Hazırda təxminən 350-yə yaxın siyasi məhbusun olduğu bildirilir. Bu, çox təəssüf doğuran vəziyyətdir.

Hökumət bunu qəbul etmir. Lakin siyasi məhbusların mövcudluğu ilə bağlı həm yerli hüquq müdafiəçiləri, həm də beynəlxalq təşkilatlar artıq bu reallığı qəbul edir. Əgər bu qəbul edilirsə, deməli, məsələ ilə bağlı ciddi addımlar atılmalıdır.

Biz daim bu məsələni gündəmə gətiririk və ümid edirik ki, qarşıdan gələn 28 Müstəqillik Günü ərəfəsində bu məsələ nəzərə alınacaq.”

Check Also

ABŞ Senatı İrana qarşı əməliyyatı məhdudlaşdıran qətnamə layihəsini qəbul etdi

ABŞ Senatı prosedur səsverməsi zamanı ilk dəfə olaraq Vaşinqton administrasiyasının İrana qarşı hərbi əməliyyatları dayandırmasını …