Şənbə , 27 Aprel 2024
Drone Cameras

Məhkəmə Eldar Həsənov barəsində 3 aylıq həbs qərarı VERDİ

Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Boyukmillet.com xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmədə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı AR Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir Eldar Həsənov məhkəməyə aparılıb.

E. Həsənovun qardaşı Şahin Həsənovun Unikal.org-a verdiyi məlumata görə, məhkəmə prosesi qapalı keçirilir: “Yaxınları olaraq prosesdə iştirakımıza icazə verilmədi. Məhkəmənin qarşısında veriləcək qərarı gözləyirik”.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir Eldar Həsənov məhkəməyə aparılıb.

Unikal.org xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının E. Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatına baxılır.

Qeyd edək ki, Eldar Həsənovun vəkili Adil İsmayılov da məhkəmə prosesində iştirak edir..

Əlavə məlumat veriləcək.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …