Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.

Boyukmillet.com xəbər verir ki, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …