Bakı şəhər Prokurorluğunun sabiq təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi – dəftərxana müdiri Qurbanov Elçin Müzəffər oğlu məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.
Boyukmillet.com xəbər verir ki, Elçin Qurbanovun müraciətinə Xətai Rayon Məhkəməsində baxılıb.
Məlum olub ki, Elçin Qurbanovun məhkumluğu bir neçə gün qabaq ödənilib. Bu səbəbdən məhkəmə onun müraciətini rədd edib.
Qeyd edək ki, Elçin Qurbanov 2018-ci ildə saxlanılıb.
Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xətai rayon Məhkəməsinin hökmü ilə Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkərək azadlığa buraxılıb.