Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mərkəz sədri: “Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”

“Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik”.

Bu sözləri “Report”un Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasını işıqlandıran əməkdaşına açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, aksiya iştirakçısı Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, Azərbaycanın haqlı, obyektiv çağırışına Rusiya sülhməramlıları tərəfindən laqeyd yanaşılıb:

“Biz bu gün öz ərazimizdəyik, öz etirazımızı sivil və əliyalın şəkildə bildiririk. Ancaq təəssüflər olsun ki, Rusiya sülhməramlıları dinc insanların qarşısına ağır hərbi texnikalarla çıxıblar. 30 il ərzində Ermənistan Azərbaycan ərazilərində ekoloji terror törədiblər. Biz QHT-lər olaraq bu məsələnin beynəlxalq təşkilatların müzakirəsinə çıxıarılması ilə bağlı bəyanat üzərində işləyirik.

Hesab edirəm ki, məsələ beynəlxalq ictimaiyyətin gündəminə gətirilməlidir. Rusiya sülhməramlıları sanki ermənilərə yardımçı və dəstəkçi missiyasını göstərirlər. Onlar mandatına uyğun fəaliyyət göstərmirlər. Biz Rusiya sülhməramlıları kontingentindən Azərbaycanın haqlı tələblərini yerinə yetirməyi tələb edirik. Əks təqdirdə, bizim aksiyalarımız davam edəcək”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …