Bazar , 20 İyul 2025
Drone Cameras

Macarıstan İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb

Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkə səhifəsindəki videomüraciətində bildirib.

XİN başçısı qeyd edib ki, Macarıstanın altı vətəndaşı artıq Azərbaycan vasitəsilə İranı tərk edib. Bundan sonra o, diplomatlara da eyni şəkildə hərəkət etməyi tapşırıb.

“Tehrandakı səfirliyimizdə işləyən bütün diplomatlara və ailə üzvlərinə İranı tərk etmək barədə göstəriş vermək qərarına gəldim. Beləliklə, səfirliyin əməkdaşları və onların ailə üzvləri, ümumilikdə 15 nəfər də Azərbaycana təxliyə edilib. Tehrandakı səfirliyin işi təhlükəsizlik şəraiti yaxşılaşana qədər müvəqqəti olaraq Bakıdan həyata keçiriləcək. Orada işləyənlərin və onların ailələrinin, o cümlədən uşaqların həyatını qorumaq üçün bu qərarı qəbul etməli oldum”, – P.Siyarto vurğulayıb.

Check Also

VHP rəsmisi: “Suriya xalqının iztirabları qarşısında susmaq insanlıqdan imtina etməkdir

Suriyada 2011-ci ildən bu yana davam edən qanlı qarşıdurmalar təkcə bir dövlətin siyasi dağılmasını deyil, …