Cümə , 17 May 2024
Drone Cameras

Mahmud Abbas: “HƏMAS Fələstin xalqını təmsil etmir” – “Fələstin xalqının yeganə təmsilçisi FAT-dır”

Oktaybrın 7-də İsrailə qəfil hücum edən HƏMAS yaraqlıları ilə İsrail ordusu arasında gedən döyüşə Fələstin prezidenti Mahmud Abbas tərəfindən gözlənilməz şərh verilib.

Boyukmillet.com xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığında Mahmud Abbas HƏMAS-ın əleyhinə ifadələr işlədib.

Məlumata görə, o, HƏMAS-ın Fələstin xalqının adından danışmağa, onu təmsil etməyə haqı və səlahiyyəti yoxdur: “Əlbəttə, işğala son verəcək siyasi həll zəruridir. Bu prosesdə isə Fələstinin yeganə qanuni nümayəndəsi Fələstin Azadlıq Təşkilatıdır (FAT). Məhz FAT-ın qərarları, proqramları və siyasəti Fələstin xalqı üçü keçərlidir, HƏMAS-ın deyil”.

Maduro ilə müzakirədə İsrailin Qəzzaya hücumlarının dərhal dayandırılması və təcili humanitar yardım dəhlizlərinin açılmasının vacibliyini də önə çəkən Mahmud Abbas bildirib ki, Misirlə arada olan dəhliz təcili açılmalı, xamaata işıq, su, qaz verilməlidir.

Tahir

MİA.AZ

Check Also

Latviyada Rusiyaya casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən iki nəfəri …