Cümə , 29 Mart 2024
Drone Cameras

Manatı gələn il nə gözləyir? – Rəsmi inflyasiya proqnozu AÇIQLANDI

Növbəti illər üçün ölkədə inflyasiya faizinin gözlənilən proqnozu açıqlanıb.

 boyukmillet.com bildirir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cari ilin sonuna inflyasiya səviyyəsinin 3,7 faizə bərabər olacağı proqnozlaşdırılır:

“2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faziə qədər artması gözlənilsə də, sonrakı illərdə artım tempinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunacağı proqnozlaşdırılır”.

Rəsmi məlumata görə, inflyasiya səviyyəsi 2020-ci ildə 4,6 faiz, 2021-ci ildə 4,5 faiz, 2022-ci ildə 4,1 faiz, 2023-cü ildə 3, faiz proqnozlaşdırılır.

Həmçinin qeyd edilib ki, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır.

Check Also

Azərbaycandan ixrac olunan mallara mənşə sertifikatı verilməsi 19 % artıb

2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədən ixrac olunan …