Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Mariya Zaxarova: “Jurnalistlərin qarşılıqlı səfərləri…”

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O xatırladıb ki, bu səfər 17-21 noyabr tarixlərində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub:

“Biz bu birgə tədbiri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisi kimi nəzərdən keçiririk. Hesab edirik ki, bu cür humanitar aksiyalar əhalinin sülhə hazırlanmasına yönəlib. Davam etmək lazımdır, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən biz zəruri vasitəçilk dəstəyi göstərəcəyik”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …