Cümə , 26 Aprel 2024
Drone Cameras

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanda ölüb

Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanda ölüb.

Boyukmillet.com xəbər verir ki, hadisə noyabrın 8-də Masallı-Yardımlı
avtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü İmanov Əlibaba Mirağa oğlu idarə etdiyi “UAZ 469” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1960-cı il təvəllüdlü Ağayev Zəfər Vəkil oğlunu vurub. Nəticədə piyada xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Noyabrın 10-da isə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, dekabrın 29-da müalicə aldığı həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Şirvanda narkotikə görə 6 nəfər həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin …