Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

MDB Xarici İşlər Nazirləri Şurasının iclası oktyabrda Nur-Sultan şəhərində keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının iclası 13 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov məlumat verib.

Yevdokimovun sözlərinə görə, bu il Qazaxıstan bu təşkilata sədrlik etdiyi üçün 2022-ci ildə MDB xətti ilə bir sıra tədbirlər Nur-Sultan şəhərində keçiriləcək.

O bildirib ki, may ayında hökumət başçılarının, oktyabrın 14-də isə Birliyin zirvə görüşü bu şəhərdə keçiriləcək.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …