Bazar , 8 Fevral 2026
Drone Cameras

Mehriban Əliyeva paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilə bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün 21 may — Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günüdür. Bu gün dünya xalqlarına bir-birini daha yaxşı anlamağı və başqa millətlərin dəyərlərinə hörmət etməyi öyrənmək imkanı verir. Məhz humanitar əməkdaşlıq, mədəniyyətlərarası əlaqələr, başqa mədəniyyətin qavranılması, onu anlamaq, mahiyyətinə varmaq, kömək etmək cəhdləri müasir dünyamızın tez-tez üzləşdiyi ksenofobiya və terrorizm kimi neqativ hallara qarşı mübarizədə çox mühüm silahdır. Mən dünyanın bütün xalqlarına səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, bütün ölkələrə firavanlıq, sülh, əmin-amanlıq və təhlükəsizlik arzulayıram!”.

https://www.instagram.com/p/CPIJZcfgh0D/?utm_source=ig_web_copy_link

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …