Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm.

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

https://www.instagram.com/p/C1fWOleslEC/?utm_source=ig_embed&ig_rid=2ff566c8-95fe-4780-adc8-e6a8a1ca42b1&ig_mid=E4B43464-5C89-478A-B809-59DC3235671D

Check Also

İcra başçısının sabiq müavini və iki nəfərin həbs müddətinin uzadılması üçün məhkəməyə təqdimat daxil olub

Qaradağ rayonunun icra başçısının sabiq müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev …