Cümə , 19 Aprel 2024
Drone Cameras

Metroda növbəti həyəcan yaşandı

“Bakı Metropoliteni” QSC-nin “Nəsimi” stansiyasında 29 yaşlı oğlan relslərin üstünə yıxılıb.

Bunu metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində baş verib. Belə ki, “Nəsimi” stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb: “Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib”.

Xatırladaq ki, analoji hadisə dünən “İçərişəhər” stansiyasında da baş vermişdi. Belə ki, səhər saat 08.41-də “Həzi Aslanov” – “İçərişəhər” xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən ayağı dolaşan 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlu relslərin üstünə yıxılmışdı. Xoşbəxtlikdən o da heç bir xəsarət almamışdı. Amma həmin olayda maşinist fərqlənmişdi: qatarı vaxtında saxlamaqla… (Virtualaz.org)

 

Boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir