Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Milli Assambleyanın sədri: “CAR Azərbaycanla turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyir”

“Cənubi Afrika Respublikası Azərbaycanla turizm sektorunda əməkdaşlığı inkişaf etdirmək istəyir”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə Cənubi Afrika Respublikasının (CAR) Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula (Nosiviwe Mapisa-Nqakula) deyib.

O, ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu qeyd edib.

“Bu ilin əvvəlində Azərbaycan parlamentinin spikeri qonağımız oldu. CAR-da Azərbaycanın səfirliyi fəaliyyət göstərir, bu isə iki ölkə arasında ticarətin inkişafına töhfə verir”, – o bildirib və Azərbaycanın çox təhlükəsiz ölkə olduğunu əlavə edib.

“Azərbaycanla çox yaxşı münasibətlərimiz olduğu üçün və QH-nin Parlament Assambleyasının üzvləri kimi buradayıq”, – o deyib.

Check Also

Azərbaycanın turizm imkanları MDB ölkələrində təqdim olunub

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm Bürosu 18-25 avqustda Özbəkistanın Daşkənd, Qazaxıstanın Astana və …