Bazar , 8 Fevral 2026
Drone Cameras

Milli komandanın baş məşqçisi: “Bu görüş Polşa ilə oyun üçün hazırlıq xarakteri daşıyırdı”

“İstənilən kimi hazırlıq keçə bilmədik. Bugünkü görüş Polşaya qarşı duel üçün hazırlıq xarakteri daşıyırdı”.

Boyukmillet.com xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Bakıda Yunanıstan yığmasına 5:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün əsas mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis sonuncu matça daha çox köklənəcəklərini bildirib: “Bugünkü qarşılaşmada səhvlərə görə qol buraxdıq. Bəzi imkanlardan da yararlana bilmədik. Hesab daha böyük ola bilərdi”.

Alesio Da Silva zədələnən Xətai Bağırovun durumu haqqında danışıb: “Hələlik diaqnoz qoyulmadığı üçün dəqiq bir şey deyə bilməyəcəyəm. Onun xəsarət aldığı epizodu da görmədim”.

Baş məşqçi qrupda birinci yeri tutmaq istədiklərini sözlərinə əlavə edib.

Check Also

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb. Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, “Qarabağ”ın təcrübəli …