Bazar , 8 Fevral 2026
Drone Cameras

Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək – EKSKLÜZİV

Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edəcək.

Boyukmillet.com xəbər verir ki, Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin 27 apreldə birgə keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxil edilib.

1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;

2. Böyük Qayıdış: “Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə

3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …