Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Milli Məclis üzvü: “Azərbaycan-Türkiyə-Gürcüstan PA-nın yaradılması gündəmdədir”

“Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərarası Assambleyanın (PA) yaradılması gündəmdədir. Bununla əlaqədar çox ciddi addımlar atılır”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, təsisatın yaradılması ilə bağlı məsələ Milli Məclisin sədri Sahibə Qafarovanın aprel ayında Gürcüstana səfəri zamanı da müzakirə olunub: “Üç ölkənin qanunverici orqanlarının bir paltformada fəaliyyət göstərməsi, qanunların qəbulu prosesində iştirakı mühüm əhəmiyyət kəsb edir”.

A.Nağıyev qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin bu yaxınlarda Şuşada keçirilmiş üçtərəfli görüşündə PA-nın təsis olunması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, üç ölkə parlamentinin xarici əlaqələr komitələri arasında əməkdaşlıq 2014-cü ildə qurulub.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …