Cümə , 22 Noyabr 2024
Drone Cameras

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başlayıb

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.

Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Avqustun 4-də başlayan növbədənkənar sessiya çərçivəsində qanunverici orqanın iki iclası (avqustun 5-i və 6-da) keçirilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …