Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Milli Məclisin plenar iclasında bir neçə məhkəməyə hakimlərin təyin edilməsi məsələsinə baxılacaq

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Boyukmillet.com-un məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında”, “Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında”, “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında”, “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələlər müzakirə edilib.

Toplantıda namizədliyi irəli sürülmüş hakimlər iştirak edib. Sənədlər müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …