Cümə , 19 Aprel 2024
Drone Cameras

Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı məlum olub – EKSKLÜZİV

Azərbaycan Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.

Boyukmillet.com-un məlumatın görə, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Daxili Qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Diaspora haqqında”, “Turizm haqqında” və s. qanun layihələridir.

Sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayacaq.

Check Also

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə …