Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Milli qəhrəman adından imtina etmiş döyüşçü şok açıqlamalar verdi

Qarabağ qazisi, Milli Qəhrəman adından imtina etmiş Arif Məhərrəmov bugünkü müsahibimiz oldu. Arif Məhərrəmov əvvəlcə Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyevlə görüşdüyü günlərdən danışıb.

– Əvvəlcə istəyirəm Heydər Əliyevlə görüşümdən danışım. O, bir tədbirdə çıxışımdan sonra mənə dedi ki, sənin danışığında canlanma var. Rahat olanların “rahatçılığını pozacaq” dərəcədə canlı danışırsan. 2001-ci ildə İlham Əliyevlə görüşəndə bilməzdim o, məni tanıyacaq. Onda hələ Olimpiya Komitəsinin Prezidenti idi. Amma mənə dəyər verdi. Soruşdu hara gedirsən. Dedim İdman Nazirliyinə gedirəm, istəyirəm Prezident Yanında İdarəçilik Akademiyasında oxuyum. Dedi əlbəttə oxumalısan və sənin kimi qəhrəmanlar dövlət quruculuğunda çalışmalıdır. Belə bir söz dedi ki, qəhrəmanlara gümanım daha çoxdur. Yenə soruşdu ki, nazirlə görüşün bugündür? Dedim cənab İlham Əliyev yəni nazirlər insanları qəbul edir? Dedi niyə etməsin?! Bizim yaxın qohum Heydər Əliyevlə bacanaqdırlar. Həbib Həsənov ilə-Kənd Təsərrüfat Naziri. İndiyəcən nəslimizdən kimsə deməyib ki, biz qohumuq. Amma 1993-cü ildə Ali Sovetə sədr gedəndə Ulu Öndərimiz özü bunları mənə danışdı. 
Orta məktəbdə oxuyanda babam mənə bayrağımızı göstərmişdi. Bayrağı göstərərkən mənə müstəqilliyimizdən danışdı. Dedi babanı satma buna görə. Məni döydülər amma mən yenə də satmadım onu. Dəftərimin arxasında bayrağımızı çəkmişdim. Onu cıranda mən qışqırdım ki, cırmayın bayrağımı. Mən onları tənqid edəndə mənə bir təpik vurdu. Sir-sifətim qan içində idi. Dərsə 1 həftə getmədim. Bayrağımıza görə, hələ orta məktbədə ikən çox haqsızlıqlara məruz qalmışam. Bir dəfə həbsə atılacaqdım hətta. Ancaq anam və xalasıqızı yəni, Ümummilliliderimizin bacanağının həyat yoldaşı Sidqə xanımla birlikdə Zərifə xanım Əliyevaya müraciət etdilər. Zərifə xanım vətənəpərvər olduğundan və humanistlik göstərərək mənə qarşı uşaqikən haqsızlıq edilməsinə göz yummadı. Mən dərsdə kitabda olmayan məlumatları istəyirdim. Tariximizi öyrənmək istəyirdim. Mən milli dəyərlərə çox böyük önəm verirəm. Mən o vaxt Aqil Əliyevin oğlu İlqarın toyunda aşpaz kimi çalıєdım. Onda Heydər Əliyevdedi ki, ermənilər bu toydaa iştirak etməsinlər. Ermənilər milli yeməyimiz olan dolmanın adını menyuda “Eməni dolması” yazırdılar. Sonradan onlara qarєı çıxdığıma görə, məndən intiqam almaq istədilər. O zaman kimsə mənə dəstək olmadı. Yalnız Aqil Paşayev-I xanımın əmisi dəstək oldu. Aqil Paşayev mənə görə əziyyət çəkdi. Buna görə, pis oldum. Amma o dedi ki, bu mənə şərəfdir. 

Mən xəbər tutdum ki müharibə dövründə, Ulu Öndərimiz Arif adlı bir satqını əfv etdi. Çox narahat oldum ki, onun yanında olanlar dövlət başçısını aldatdı. Nazirlər Kabinetinin iclasından sonra Heydər Əliyev məni göstərərək, mənim necə vətənpərvər olduğumu nazirlərə söylədi. Orda mən Arif adlı satqın haqqında danıєdım. Onu mən Bəylər Eyyubova deyəndə o, çox təəccübləndi və üzüldü ki, kimlərsə satqının olduğun bilir və gizlədir. Dedi ki, necə olur bunu səndən başqa niyə kimsə demir. Bax buna görə, Bəylər müəllim təəssüfləndi. Doğrudan da onun adın çəkən olmadı. İndi o adam əhəmiyyətli vəzifələrdən birindədir. Bəs belə bir insanı olarmı əhəmiyyətli vəzifələrdə işləsin? Təhlükəsizlik orqanları gərək bunlarla diqqətli olsun. O zaman Heydər Əliyev iclasda çıxış etmişdi ki, satqının yeri bəlli olmaldır. Cəzasın çəkməlidir. 1 il bundan əvvəl mən Tərtərdə oldum. Aprel döyüşləri ərəfəsində. Mən ilk dəfə idi ki, bu qədər yolu bir dəfəyə sürdüm..Tərtərdə məni iki qara maşında, qara eynək taxan iki nəfər saxladı ki, “Arif Məhərrəmov sən burda neynirsən? “Mən dedim ki, cənab prezidentimiz də istəyir ki, mən döyüş bölgəsində olum. Onlar dedi ki, sənin burda olmağın aləmi qata bilər. Sakitçilikdir burda və.s.. Maşınıma bayraqlar vurmuşdum. Onlar da bayraqlara baxıb hiddətləndilər. Mən də şübhələndim. Mən dedim nə olub o Azərbaycan bayrağıdır ey, erməni bayrağı yox, niyə əsəbləşirsiniz. Biri silahına əl atdı ki, səni gəbərdərəm. Tərtərdə vetranlar birliyinin sədri ilə görüşdüm, Milli Qəhrəman Vəzirovun məzarını ziyarət etdik. Mən bayaq dediyim iki nəfər bahalı maşında olan iki zabitə dedim ki eynəyinizi çıxarın görüm siz kimsiniz? Dedilər ki, buan ehtiyac yoxdur və biz sizdən şübhələnirik. Dedim ki, mən sizdən şübhələnirəm! Onların mənim maşınımdakı bayraqlara hiddətlə baxmağından şübhələndim. Mən sorna gəldim Ağdama. Çay evinə baxıb ağladım. Orda çalışmışdım… Şəhərdə olan çay evində. 

Mənə bu yaxınlara böhtanlar oldu. Mənim döyüş tariximə ləkə yaxmaq istəyənlər, məni ifşa edənlər çıxdı. Mən ancaq yenə də öz haqqımı ala bildim. Müharibə Veteranları birliyinin sədri Fizuli Rzaquliyev və birliyin hüquq departamentindən mənim vəkilim Yaşarın dəstəyi sayəsində mən haqqımı aldım. Sağolsun Müdafiə Nazirliyi mənə atılan şər-böhtanlara deyil mənə inandılar. Mən ƏƏSMN-in deyil, MN-in fəxri pensiyasına layiq görüldüm. Çox təəssüf ki, satqınlar ancaq indi də meydan sulayır. Çoxların tanıyıram. Onların döyüş yolu, igidliyi olmayıb. Və özlərin qəhrəman kimi təqdim edirlər. Tənqid edəndə də inanan olmur..

Mən Müdafiə Nazirliyinin görəcəyi və gördüyü işləri alqışlayıram, Xüsusi Təyinatlı Qüvvələrimizi alqışlayıram. Amma elə etmək lazımdır ki, satqınlar üzə çıxsın. Məni qınayan da ola bilər, amma satqınlar layiqli cəzalarını almalıdır. Onları əfv etmək olmaz.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir