MQF Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib.
MQF-dən boyukmillet.com-a verilən məlumata görə, anım mərasimini giriş sözü ilə açan MQF-nin vitse-prezidenti , Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müasir Azərbaycan dövlətinin yaradıcısı, Uluöndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib. O bildirib ki, aparılan siyasi kursun nəticəsi olaraq hazırda ölkədə QHT-lər cəmiyyətin ən fəal, dinamik və çevik ictimai qüvvəsinə çevrilmişdir və bu siyasət möhtərəm prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə, MQF-nin idarə heyətinin sədr müavini, “Vətəndaşların sosial rifahı naminə” İB-nin sədri İradə Rzazadə, MQF-nin idarə heyətinin üzvü, “Dünya gənc türk yazarlar” İB-nin sədri Əkbər Qoşalı, MQF-nin idarə heyətinin üzvü, “XXI əsrin qadınları” İB-nin sədri Mahirə Əmirhüseynova, “Yaradıcı Qadınlar Assosiasiyasının” İB-nin sədri Afaq Hüseynova, “Azərbaycan–Gürcüstan əlaqələri” İB-nin sədri Əli Xəlili, “Azad müəllimlər” İB-nin sədri Məlahət Mürşüdlü, “Əmlak Resurs Mərkəzi” İB-nin sədri Şahin Qurbanov, “Heydərçi gənclər” İB-nin sədri Akif Məmmədov və digər şəxslər Ulu öndər Heydər Əliyevlə bağlı düşüncə və xatirələri ətrafında çıxış ediblər.
boyukmillet.com