Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

DAK “21 Azər Hərəkatı”na həsr edilmiş tədbir keçirib

Beynəlxalq Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “21 Azər Hərəkatı”na həsr edilmiş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan, VHP sədri, DAK -həmsədri Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Tədbirin məqsədi 1945-ci ildə Güney Azərbaycanda qurulmuş Milli Hökumət tarixinə nəzər salmaq həmin şərəfli tarixi təbliğ etməkdir. 

İlk öncə Güney Azərbaycan, həm də Quzey Azərbaycanda Vətən yolunda canından keçmiş şəhidlərin və Azərbaycanın məhrum prezidenti Ümumilli Lider Heydər Əliyev xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Güney Azərbaycan Milli Hərəkatının tarxinə həsr edilmiş və Seyid Cəfər Pişəvərinin çıxşının və Güney Azərbaycanın milli himnin yer aldığı videoçarx nümayiş etdirilib. 

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli Güney Azərbaycan Milli Hökumətinin tarixindən danışaraq bildirib ki, ömrü az olmasına baxmayaraq, bu gün də Güney Azərbaycanda xalq həmin tarixi sayğı ilə anır.

O qeyd edib ki, İran hökuməti hərəkatı xaricdən idarə olunan proses hesab ersə də, bu, tarixi zərurət və illərlə haqqı tapdanmış, əzilmiş xalqın mübarizəsi idi. “Rusiyanın bu prosesdə müəyyən silah yardımı və ideoloji təsirləri olsa da, hərəkatın uğur əldə etməsində əsas həlledici rolu xalqın dəstəyi, bu yolda canından keçməyə hazır olan insanların əzmi oynayıb. Milli Hökumət çox qısa müddət ərzində illərdir İran dövlətinin etmədiyi işləri gördü. Halbuki həmin problemlər bu gün də orada öz həllini gözləyir”.

Hökumətin süquqtuna gəlincə Ə.Rəhimli bildirir ki, SSRİ-nin bu işdə öz mənafeyi üçün müəyyən təsirləri olsa da, imperiya rəhbərliyində olan gürcü və ermənilər, həmçinin digər söz sahibi olan dövlətlər bu ərazidə böyük bir türk dövlətini yaranmasına mane olmaq üçün əllərindən gələni etdilər. “Bu səbəbdən SSRİ Milli Hökumətə xəyanət etdi və o süquta uğradı” – deyə Ə.Rəhimli bildirib. 

Digər çıxış edənlər də Mili Hökumətin tarixindən və Güneydə yaşayan soydaşlarımızın problemlərindən danışıblar.

Qeyd edək ki, 12 dekabr 1945-ci ildə, Təbriz şəhərində böyük çətinlik və xalqın əzmi ilə Azərbaycan Milli Hökuməti qurulub. Daha cox “21 Azər” Hərəkatı kimi tarixə düşən bu günün əhəmiyyəti çox böyükdür. Hərəkatən adı İran təqvimi ilə 21 Azər ayında, 12 dekabrda baş verməsinə görədir. Hökumət Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulub. 

Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin, Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qanla nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. Ümumiyyətlə, 21 Azər hərəkatının tarixi missiyasi təkcə Azərbaycan üçün yox, eləcə də Şərq aləmi üçün örnək ola biləcək hadisədir. 

Güney Azərbaycan Milli Hökuməti ABŞ və Böyük Britaniyanın İran şahına dəstəyi və SSRİ-nin Pişəvərini aldatması ilə Milli Hökumət 12 dekabr 1946-cı ildə beşikdəcə boğuldu. Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.

Milli Hökumət devrildikdən sonra Azərbaycan inqilabçılarının bir hissəsi Sovet Azərbaycanına gəlib. Onlar Azərbaycanın 34 rayon və şəhərində yerləşdirilib. İrandan gələn mühacirlərin yerləşdirilməsi ilə məşğul olan Pişəvəri 1947-ci il iyulun 11-də Gəncə şəhərindən qayıdarkən Yevlax yaxınlığında müəmmalı şəkildə maşın qəzasına düşür və xəstəxanada da müəammalı şəkildə vəfat edir. Silahdaşları Pişəvərinin Stalinin başçılıq etdiyi kommunist rejimi tərəfindən xəstəxanada zəhərli iynə vurularaq öldürüldüyünü deyir. Çünki avtomobil qəzasə zamanı o yüngül xəsarət alıbmış və özünü normal hiss edirmiş. Seyid Cəfər Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunur, maarif naziri Məhəmməd Biriya sovet siyasi-ejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilir, ağır mühacirət həyatı yaşamağa məcbur olurlar.

Tədbirdə Siyasi partiyaların sədrləri, jurnalistlər, vətəndaş cəmiyyətinin üzvləri, gənclər və DAK üzvləri iştirak edib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir