Şənbə , 11 May 2024
Drone Cameras

Milli QHT Forumunun təşəbbüsü ilə “Zəfər günü” ilə əlaqədar onlayn konfrans keçirilib

Milli QHT Forumunun təşəbbüsü ilə 04 noyabr 2021-ci ildə  “Zəfər günü” ilə əlaqədar olaraq onlyan konfrans keçirildi. Onlayn konfransda bir sıra dövlət qurumları, icra nümayəndələri, universitet nümayəndələri, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib.


MQF-nin prezidenti Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq ilk öncə şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizə sağlamlıq dilədikdən sonra ötən ilin sentyabrın 27-dən başlayan, Ali Baş Komandan cənab İlham  Əliyevin rəhbərliyi  ilə müzəffər Azərbaycan ordusunun 44 günlük “Dəmriq yumruq” əməliyyatından sonra torpaqlarımızın işğaldan azad olması, şəhidlərimizin və qazilərimizin  qəhrəmanlığı, müqəddəs vətən uğrunda canlarından keçməsi, 30 ildən sonra BMT-nin qətnamələrini icra etməsi barədə məruzə edərək Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsi haqqında iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda, Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsi barədə məruzə ilə çıxış edib. Daha sonra, 44 günlük Vətən müharibəsində şəhid və qazilərimizin qəhrəmanlığına həsr olunan memorial.az saytı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra, 44 günlük Vətən müharibəsində iştirak edən Nəsimi Qarabağlı salamlama çıxışını edərək, müharibədə baş vermiş duyğulu və məğrur anları tədbir iştirakçıları ilə bölüşüb. 


Tədbirin gedişatında bir sıra dövlət qurumları, icra nümayəndələri və QHT nümayəndələri, Nazirlər Kabinetinin əməkdaşı V.Əsgərov, Təhsil Nazirliyinin əməkdaşı Fərizə Əhmədova, Məhkəmə-Hüquq Şurasının nümayəndəsi Rübabə Muradova, Bakı Dövlət Universitetinin Mirnamiq müəllim, TİBB universitenin nümayəndəsi Aida Bəndəliyeva  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşı Nigar Kərimova, icra nümayəndələrindən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, Şirvan İcra Hakimiyyətinin nümayəndəsi Elşad Hüseynov, KİV nümayəndələrindən Elnarə Məhərrəmova, QHT nümayəndələrindən Qorxmaz İbrahimli, İlham İsmayılov, İlqar Məmmədov, Aysel Əlizadə, Qubad Qasımov, Ramil Əliyev, Xədicə Mikayılova, Qəmzə Yusubova çıxış edərək zəfər günü münasibətilə ürək sözlərini bölüşdülər və Zəfər günü münasibətilə bütün iştirakçıları təbrik etdilər. 


Sonda, Rauf Zeyni Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni hədəflərin müəyyən olunduğunu və bütün Azərbaycan xalqı olaraq yeni hədəflərə doğru- Zəngəzura, Göyçəyə, İrəvana doğru çağırışına dəstək verərək vətəndaş cəmiyyətinin də bu istiqamətdə düşünməyə çağırdı və bütün Azərbaycan xalqını  möhtəşəm Zəfər günü münasibətilə təbrik etdi. 

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …