Cümə , 12 Dekabr 2025
Drone Cameras

Milli Şura bu gün növbəti mitinqini keçirib.

Boyukmillet.com-un məlumatına görə, aksiya Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda baş tutub.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqin təhlükəsizliyi polis tərəfindən təmin edilib.

Bakı Şəhər Baş Polis İdarəsi də mitinq barədə məlumat yayıb.

İdarədən Boyukmillet.com-a verilən məlumatda bildirilir ki, oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

 

 

 

 

Boyukmillet.com

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir