Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Milli Xalça Muzeyində ənənəvi yapon geyimlərinin nümayişi keçirilib

Azərbaycan Milli Xalça Muzeyində ənənəvi yapon geyimlərinin, o cümlədən Yaponiyanın milli geyimi olan kimononun nümayişi keçirilib.

Boyukmillet.com xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin vasitəçiliyi ilə keçirilən tədbir iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada qeyd edib ki, kimono ölkəsinin tarixinin və mədəniyyətinin ayrılmaz hissəsidir.

Tamaşaçılara 24 kimono nümunəsi təqdim olunub. “Kutnya” xüsusi parçasından hazırlanmış kimono eksklüziv nümunə olub. Belə ki, parçanın üzərində “Şabalıd buta” Qarabağ xalçasının ornamentləri yer alıb.

Check Also

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər …