Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

Minatəmizləyənlərə güzəştli mənzillərin verilməsi təklif edilib

Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova deyib.

O həmçinin təklif edib ki, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin:

“Təmsil olunduğum komitə Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələyə dair “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlana bilər”.

Check Also

Ermənilər tarixi saxtalaşdırmaq üçün işğal zamanı Kərkicahanda kompleks inşa ediblər

Ermənistan özünün saxta tarixini təbliğ etmək məqsədilə müxtəlif addımlar atır. Boyukmillet.com xəbər verir ki, bu …