Cümə , 22 Noyabr 2024
Drone Cameras

Miqrantlarla bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsinin yekun tədbiri keçirilib.

Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, hüquq müdafiəçilərinin və hüquqşünasların iştirak etdiyi tədbirdə layihə çərçivəsində əldə olunan nəticələrə nəzər salınıb.

Çıxış edən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının aktual aspektləri barədə məlumat verib və layihə çərçivəsində həllini tapmış məsələlər haqqında danışıb.

İnteraktiv şəraitdə keçən tədbirdə iştirak edən Novella Cəfəroğlu, Əntiqə Qurbanova, Kəmalə Məmmədova, Telman Məmmədov, Əli Şoxri, Mehriban Məmmədova, Ağamirzə Bağırov, İsgəndərli Ramil, Elçin Muxtarov və digərləri Azərbaycan Respublikası ilə həmsərhəd dövlətlər arasında intensivləşən miqrasiya mübadiləsi, son zamanlar ölkəyə gələn və gələcəkdə gəlməsi təxmin edilən miqrant axınları barədə fikir bildirib, həmin kateqoriyadan olan əcnəbilərin yerli cəmiyyətə səmərəli inteqrasiyasına təkliflərlə çıxış ediblər. İştirakçılar əcnəbilər üçün dil kurslarının və mədəniyyətlərarası mübadilə proqramlarının təşkil olunması, faydalı məlumatın hədəf miqrant qruplarına operativ şəkildə təqdim edilməsi barədə danışıblar. Xüsusilə qeyd olunub ki, miqrant qruplarından olan şəxslərə hüquqi yardımların göstərilməsi, ölkənin hüdudları daxilində miqrantların yaralana biləcəyi xidmətlərə çıxış imkanlarının artırılması və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi əcnəbilərin multikultural dəyərlərə sadiq qalan Azərbaycan cəmiyyətinə hərtərəfli inteqrasiyasını səmərəli edən mühüm vəzifələrdəndir.

İştirakçılar tərəfindən qaldırılan suallar Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev tərəfindən ətraflı cavablandırılıb.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …