Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Mirzoyan və Donfrid İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid şənbə günü İrəvanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mirzoyan həmsöhbətini Azərbaycanla münasibətlərin normallaşması, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın fəaliyyəti, həmçinin regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması istiqamətində gedən proseslər barədə məlumatlandırıb”, – XİN-dən bildirilib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …