Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Misir Mərdanov: “Qərbi Azərbaycana Qayıdış İcması işini bundan sonra işini daha da sürətləndirəcək”

“Qərbi Azərbaycana Qayıdış İcması işini bundan sonra işini daha da sürətləndirəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu günü görən hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt saymalıdır:

“Bu addımı atmağımızda bizi dəstəkləyən Prezident İlham Əliyevə icmamız adından öz minnətdarlığımızı bildiririk”.

“Fikrimcə, icma bundan sonra işini daha da sürətləndirəcək. 44 günlük müharibədə olduğu kimi bu konsepsiyanın həyata keçirilməsində də Azərbaycan xalqı Prezident İlham Əliyevin arxasında olacaq”-, M. Mərdanov vurğulayıb.

Check Also

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Biləcəridən yola düşdü

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” …