Bazar , 19 May 2024
Drone Cameras

Misirdə leysan yağışlar insan tələfatına səbəb olub

Misirdə leysan yağışlar insan tələfatına səbəb olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Youm As Sabi” portalı məlumat yayıb.

Məlumata görə, ölkədə atmosfer cəbhəsi güclü yağışlar və dumanlarla müşahidə edilib. Qeyd olunur ki, əlverişsiz hava şəraiti nəticəsində baş verən qəzalar nəticəsində 3 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyi bir kişinin Kəfr əş-Şeyx əyalətində elektrik cərəyanı vurması nəticəsində ölməsinə aydınlıq gətirib. O, yaş məftillərə toxunub. İkinci şəxs isə sürüşkən yolda yol qəzasına düşüb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Üçüncü sakinin meyiti isə İsgəndəriyyədə ikimərtəbəli evin dağıntıları altından çıxarılıb. Yağış binanın uçmasına səbəb olub.

Sinoptiklər Hurqaduya dolu yağdığını bildiriblər. Yaşıl yarpaqlar nazik qarla örtülüb. Bu, sakinlər və turizm sənayesi üçün sürpriz olub.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …