Bazar , 8 Sentyabr 2024
Drone Cameras

Mixail Saakaşvili Kiyevdə saxlanıldı – onu dövlət çevrilişinə cəhddə ittiham edirlər -CANLI

Dekabrın 5-də Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluğunun əməkdaşları paytaxt Kiyevdə Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvilini tutub. Novator.az-ın məlumatına görə, yaşadığı evdə tutulan Saakaşvili cinayət təşkilatları üzvləri ilə işbirliyində və onların cinayət fəaliyyətini ört-basdır etməkdə ittiham olunur. Bu əməllər 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun əməkdaşları dekabrın 5-də Saakaşvilinin yaşadığı mənzildə axtarış aparmağa gələndə o, dama çıxıb. Əməliyyatçılar Saakaşvilini damdan düşürərək saxlayıblar.

Evin qarşısına müxalif qüvvələr toplaşıb, ərazidə polislə toqquşmalar qeydə alınıb.

1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukraynada növbədənkənar parlament seçkisinin keçirilməsini tələb edir. Son vaxtlar paytaxt Kiyevdə keçirilən aksiyalarda Saakaşvili və onun Yeni Qüvvələr Hərəkatının üzvləri Poroşenkonun istefası şüarları səsləndirir.

Ukrayna hakimiyyətinin yüksək rəsmiləri Saakaşvilini hakimiyyəti güclə ələ keçirmək cəhdində ittiham edir. (musavat.com)

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir