Çərşənbə axşamı , 1 Aprel 2025
Drone Cameras

MN: “2023-cü ildə minatəmizləmə işləri plana uyğun olaraq davam etdiriləcək”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov işğaldan azad olunan ərazilərdə aparılan minatəmizləmə işləri barədə tapşırıq verib.

Boyukmillet.com xəbər verir ki, nazir tapşırığını yanvarın 14-də keçirdiyi müşavirədə çatdırıb.

Toplantıda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi məqsədilə görülən mühəndis tədbirlərinin 2023-cü ildə də plana uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə davam etdirilməsi tapşırılıb.

Qış tədris dövründə döyüş hazırlığının xüsusiyyətlərini müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri qış aylarında, xüsusilə də dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin təminat məsələlərinin, o cümlədən təminat yollarının və rabitə-kommunikasiya xətlərinin daim işlək vəziyyətdə saxlanılmasının vacibliyini qeyd edib.

Check Also

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus …