Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır”

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

“Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir”, – məlumatda vurğulanıb.

Check Also

15 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Həmin şəxslərin qəbul etdikləri etil spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edildiyi bildirilir Bakıda son 2 …