Cümə axşamı , 16 Aprel 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: Qətərdə Türkiyə hərbi bazası bütün regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub

Türkiyə üçün Fars Körfəzi regionunda təhlükəsizlik və sabitlik onun öz sabitliyi və təhlükəsizliyinə bərabərdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Bəhreynli həmkarı Xalid bin Əhməd Bin Al Xəlifə ilə birgə mətbuat konfransında deyib.

Türkiyə Xarici İşlər naziri deyib: “Türkiyə bu günə qədər bölgədə qardaşlıq münasibətlərinin bərqərar olunması üçün çox səylər göstərib. Qətərdə yaradılan Türkiyə hərbi bazası bütün regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bu addım konkret hansısa ölkəyə qarşı yönəlməyib və əvvəllər Türkiyə və Qətər arasında olan sazişdən irəli gəlir”.

Check Also

ABŞ nüvə silahı istehsalını artırır

ABŞ Soyuq müharibənin bitməsindən bəri ən çox nüvə silahı istehsal edir. Boyukmillet.com xəbər verir ki, bu …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir