Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Moldova Ukraynanın işğal altındakı ərazilərində keçirilən “referendumları” tanımadığını bəyan edib

Moldova Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirilən “referendumları” tanımır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Jurnal TV”yə müsahibəsində deyib.

“Biz nə referendumları, nə də onların nəticələrini, əlbəttə ki, tanımırıq. Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünə hörmət edirik”, – Moldovanın dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası”, eləcə də Xerson və Zaporojye vilayətlərinin işğal altındakı bölgələrində Rusiyaya birləşmə haqqında qondarma referendumlar keçirilib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …